• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 686
— 01.05.2024 19:48

Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

KepezTV Player

Yunanıstanda keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Vətənə qayıdıb. Onu Heydər Əliyev Beynəlxalq Hava Limanında yaxınları, idman ictimaiyyətinin nümayəndələri, media nümayəndələri qarşılayıblar. Qitə çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Gəncə Şahmat Məktəbinin yetirməsi olan Ülviyyə Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazanan ilk qadın şahmatçısı kimi tarixə düşüb. Əldə etdiyi tarixi uğur münasibətilə Birinci vitse-prezident Mehriban Əliyeva da onu təbrik edib.

Azad Mustafayev