• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1587
— 29.04.2024 19:57

Kikboksinq yarışı keçirilib

KepezTV Player

Gəncə Olimpiya İdman Kompleksində dünya çempionu Elnur Alıyevin xatirəsinə həsr olunan kikboksinq üzrə Açıq Qərb Kuboku keçirilib. Yarış “Kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi altında təşkil olunub. Ənənəvi birinciliyin açılış mərasimində Gəncə kikboksinqçilərinin 1992-ci ildən dünya, Avropa çempionatlarında və beynəlxalq turnirlərdə yüksək nailiyyətlər qazandığı bildirilib. Potensiallı idmançılar və bacarıqlı məşqçilərin sayəsində illərdir ki, nəticələrin davamlı olduğu qeyd olunub.

Rəsmi hissədən sonra birinciliyə start verilib. Bununla da mükafatlar uğrunda 30 komandanın 310 idmançısı mübarizəyə qoşulub. Yarışda Gəncə təmsilçiləri ilə yanaşı ətraf şəhər və rayonların döyüşçüləri də qüvvəsini sınayıb. Birinciliyin nəticələrinə əsasən, fəxri yerlərdə qərarlaşan kikboksinqçilər medal, diplom və kubokla təltif olunub.

İlqar Alıyev- Əməkdar məşqçi: “Qərb kuboku hər il olduğu kimi bu il də yüksək səviyyədə keçirilir. Adından asılı olmayaraq respublika çempionları, dünya mükafatçıları, Avropa çempionları da bizim yarışda iştirak edir. Yarışımızda 30-dan çox komandada 300-ə yaxın idmançı iştirak edir. Kikboksinqdə bizim devizimiz odur ki, uşaqları cinayətkarlıqdan, narkomaniyadan uzaq edək, gələcəyin sağlam ailəsini yetişdirək”.

Pərvin Abbaszadə