• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 29.04.2024 19:35

Magistr olmaq istəyənlər imtahan verib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının 2-ci cəhdi keçirilib. İmtahan Gəncə də daxil olmaqla respublikanın 7 şəhər və rayonunda təşkil edilib. Gəncədə imtahan 6 binada baş tutub. İmtahanı izləmək üçün prosesə 96 nəzarətçi müəllim və 15 imtahan rəhbəri cəlb edilib. İmtahanda isə 1300-dan çox bakalavr iştirak edib. İştirakçılar onlara verilən 3 saat 30 dəqiqə ərzində məntiq, informatika və xarici dildən sualları cavablandırıblar. Eyni zamanda prosesdə xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılıb. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra 6 həftə ərzində təqdim ediləcək.

Elçin Məmmədov- imtahan rəhbəri: “Bizim binada 246 nəfər tələbə iştirak etməli idi. Lakin 7 nəfər iştirak etmədi. Yəni 239 nəfər iştirak etdi. İmtahan vaxtında başladı. İmtahan zamanı heç bir neqativ hal, qayda pozuntusu baş vermədi”.

Pərvin Abbaszadə