• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 746
— 27.04.2024 19:57

Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub

KepezTV Player

İçki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə Məlumatında deyilir. Belə ki, Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub. İsti izlər əsasında 2002-ci il təvəllüdlü Sərxan Əliyevin tanışı Seyfullayevlə spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı sonuncuya yumruqla zərbə vurması nəticəsində onun yıxılaraq aldığı xəsarətdən ölməsi və bundan sonra zərəçəkmiş şəxsin meyitini basdırmasına əsaslı şübhələr müəyyən edilib. Sərxan Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.