• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1246
— 27.04.2024 19:29

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb

KepezTV Player

ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev aprelin 27-də azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin birgə məlumatında deyilir.  Bildirilib ki, xəsarət alan əməkdaşa “Sağ ayağın amputasiyası” diaqnozu qoyularaq, Agentliyin paramediki tərəfindən yerində ilkin tibbi yardım göstərilib və rayon xəstəxanasına təxliyə olunub, hazırda vəziyyəti stabildir. Faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.