• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1863
— 26.04.2024 15:26

Filoloqlar üçün "ustad dərsi" keçirilib

KepezTV Player

Gəncə Dövlət Universitetində “Cəfər Cabbarlının Cümhuriyyət dövrü yaradıcılığı və milli istiqlal hərəkatının yeri” mövzusunda ustad dərsi keçirilib. AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli milli ədəbiyyatın parlaq ənənələrini qoruyan Cəfər Cabbarlının  ədəbi-mədəni, ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirdiyindən danışıb. Yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verdiyini vurğulayıb. Eyni zamanda, şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının mahir tərənnümçüsü olduğunu diqqətə çatdırıb. Ustad dərsi tələbələr tərəfindən böyük maraqla qarşılanıb və mövzu ilə bağlı yaranan suallar professor Asif Rüstəmli tərəfindən cavablandırılıb.

Asif Rüstəmli- AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri: 20-yə qədər çap kitabım var. Onardan bir qismi bu gün GDU-nun foyesində sərgidədir. Onu qeyd etmək istərdim ki, mənim yaradıcılığımın əsas ana xətti Cəfər Cabbarlının həyatı, mühiti və yaradıcılığıdır. Bayraməli Abbaszadənin yaradıcılığı və bir sıra o dövrün tarixi şəxsiyyətləri və hadisələri ilə bağlı araşdırmalarımda, arxiv materialları əsasında mövzular və materiallardan ibarətdir”.

Pərvin Abbaszadə