• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1059
— 26.04.2024 15:09

Yerli özünüidarəetmədə kadr təminatı

KepezTV Player

Azərbaycan Texnologiya Universitetində Ümumilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş “Bələdiyyələrin rolu” mövzusunda elmi-praktik seminar keçirilib. Tədbirdə yerli özünüidarəetmədə demokratik ənənələrin tətbiq olunması, Heydər Əliyev və yerli demokratiya, eyni zamanda vətəndaş cəmiyyətinin inkişafında bələdiyyələrin rolu mövzusunda müzakirələr aparılıb. Ölkədə yerli özünüidarəetmənin əsas institutlardan birinə çevrildiyi vurğulanıb. Bələdiyyələrin inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, vətəndaşlara xidmətin yerli özünüidarəetmə qurumları vasitəsi ilə daha effektiv şəkildə təmini haqqında geniş məlumat verilib. Universitetdə bu istiqamətdə kadr hazırlığı və onların peşəkar mütəxəssis olaraq bələdiyyələrin fəaliyyətində iştirakı yüksək qiymətləndirilib.

Pərvin Abbaszadə