• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1133
— 25.04.2024 20:18

Prezidentlər Ağdamda olublar

KepezTV Player

Prezident İlham Əliyev və Qırğız Prezidenti Sadır Japarov Ağdam şəhərində də olublar. Dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib. Prezidentlər Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar, Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Dövlət başçıları həmçinin, Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından Ağdamın Xıdırlı kəndində tam orta məktəb binasının inşası iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisidir. Prezident İlham Əliyev və Qırğız Prezidenti Sadır Japarov Şahbulaq qalasında da olublar.