• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1476
— 25.04.2024 19:08

İraq Prezidenti COP29-a dəvət olunub

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov Prezident İlham Əliyevin COP29-a dəvət məktubunu İraq Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib. Bu barədə səfir "X" səhifəsində məlumat paylaşıb. İraq Prezidenti dəvət məktubunu məmnuniyyətlə qəbul edib və COP-29 kimi qlobal xarakterli tədbirə dəvət aldığı üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.