• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1787
— 25.04.2024 19:03

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Xocalının Malıbəyli kəndində biri azyaşlı olmaqla ən azı 8 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib. Bu barədə Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə yaydığı məlumatda deyilir. Torpaq səthi üzərində insan qalıqları işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı aşkar olunub. Hazırda ərazidə olan insan qalıqlarının tam aşkar edilməsi istiqamətində işlər davam etdirilməklə, sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, onların torpaqda qalma müddətinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertləri və mütəxəssislərin iştirakı ilə baxış davam etdirilir.