• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1721
— 24.04.2024 16:56

Ankara və Bakı Şərqi Qərblə birləşdirir

KepezTV Player

Azərbaycan Yaxın Şərq ölkəsi olmasa da, “İnkişaf Yolu” layihəsi Bakı və Ankaranın birgə reallaşdırdıqları layihələrə, habelə iştirakçı qismində qatıldıqları loqistika marşrutlarına əlavə, özü də çox güclü impuls verəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki,  layihə vasitəsilə Azərbaycan Şərqi Zəngəzurdan Qərbi Zəngəzura, oradan Naxçıvana, daha sonra isə Türkiyəyə keçən marşrutlarını sonradan Fars Körfəzindəki limanlaradək uzanacaq loqistika istiqamətləri ilə birləşdirmək imkanı əldə edəcək. Eyni zamanda, Fars Körfəzindən yüklər çox qısa yolla Türkiyəyə və Azərbaycana, daha sonra isə Mərkəzi Asiya ölkələrinə daşına bilər. Azərbaycanın qatıldığı Bakı-Tbilisi-Qars, "Şimal-Cənub" və digər layihələrin "İnkişaf Yolu" ilə Türkiyədə birləşəcəyi halda Avrasiyada bir sıra ölkələr Avropa İttifaqına çox rahat, rentabelli və qısa loqistika marşrutları əldə edəcəklər. Azərbaycan yaxın gələcəkdə Avropa İttifaqı, Qara dəniz, Qafqaz, Xəzər və Mərkəzi Asiya regionları arasında ticari, nəqliyyat və loqistika ələqələrinin inkişafında tranzit məkan qismində önəmini daha da artıracaq.