• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1143
— 23.04.2024 17:18

Türkiyənin milli bayramında uşaqların sevinci

KepezTV Player

Gəncədə Türkiyənin milli bayramı qeyd edilib. Milli Suverenlik və Uşaq Bayramı münasibətilə reallaşan tədbirdə Gəncə Uşaq Evinin, Gəncə SOS uşaq kəndinin sakinləri, əqli və fizikiqüsurlu uşaqlar, şəhid və qazi övladları iştirak ediblər. Çıxışlarda Türkiyənin hər bir tərəfində olduğu kimi, Gəncədə də bu bayramın qeyd edilməsinin yaratdığı coşğudan söz açılıb. 104 il əvvəl Türkiyənin qurucusu və ilk dövlət başçısı Mustafa Kamal Atatürkün uşaqlara ərmağan etdiyi bu günün Bayram kimi qeyd edildiyi vurğulanıb. Tədbir konsert proqramı ilə davam edib və istedadlı uşaqların təqdimatında müxtəlif çıxışlar izlənilib.

Aişə Rzayeva