• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 722
— 23.04.2024 17:12

“Prezident Kuboku-2024”də 20-dən çox ölkə iştirak edəcək

30 aprel – 3 may tarixlərində Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatası keçiriləcək. 4 gün davam edəcək yarışda 20-dən çox ölkə mübarizə aparacaq. Reqatanın rəsmi paradı aprelin 30-da Mingəçevir şəhərində keçiriləcək. Açılış mərasimi və ilk yarışlar may 1-i işğaldan azad olunan Suqovuşan qəsəbəsində baş tutacaq. Reqata 2-3 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Beynəlxalq turnirin bağlanış mərasimi mayın 3-də Mingəçevirdə olacaq. “Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.