• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1551
— 23.04.2024 16:37

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 4 ədəd müxtəlif markalı avtomat silahı, 2 tüfəng, 2 tapança, 8 qumbara aşkarlanıb. Həmçinin, 3 alışdırıcı, 2 partlayıcı , 18 patron darağı, 1 930 ədəd müxtəlif çaplı patron, 7 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.