• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1681
— 23.04.2024 16:34

Şəmkirdə mağazanı qəsdən yandırıblar

KepezTV Player

Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənib digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə nəticəsində ümumi sahəsi 40kv.m olan mağazanın içərisində olan mallar və digər mağazanın yanar konstruksiyaları və dam örtüyü 40kv.m sahədə yanıb. Şəmkir Rayon Polis Şöbəsindən verilən xəbərə görə mağazanı qəsdən yandırmaqda şübhəli bilinən, rayon sakini, Elnur Məmmədov saxlanılıb.

Azad Mustafayev