• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 778
— 20.04.2024 18:56

Rəsmi Ankaranın Bakı-İrəvan razılaşmasına dair mövqeyi

Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası tərəfindən əldə edilən razılaşma ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb. 30 il işğal altında olan dörd kəndin Azərbaycana verilməsi və delimitasiya fəaliyyətlərinin davamı ilə bağlı əldə edilən razılaşmanın məmnuniyyətlə qarşılandığını bildirilib. Bu müsbət inkişafın yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addım olduğu vurğulanıb. Almaniya və İsveç Xarici İşlər Nazirlikləri də anoloji açıqlamalar veriblər.