• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 19.04.2024 19:31

Azərbaycanın qaldırdığı ilkin etirazlara dair dinləmələr başa çatıb

İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı ilkin etirazlara dair ictimai dinləmələr bu gün başa çatıb. Azərbaycanın məhkəmədən tələbləri Ermənistanın müraciətini tam şəkildə rədd etmək; Ermənistanın Azərbaycan tərəfindən öz öhdəliklərini pozması ilə bağlı iddiaları üzrə Məhkəmənin mövzu baxımından yurisdiksiyasının olmadığını bəyan etməkdir. Məhkəmə indi müzakirəyə başlayacaq.