• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1514
— 19.04.2024 15:00

Oğul valideynlərini öldürüb

Sumqayıtda 1962-ci il təvəllüdlü Hakim Məmmədov və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadığı evdə kəsici alətlə qətlə yetirilib. Araşdırmalarla 2000-ci təvəllüdlü Fikrət Məmmədovun aralarında yaranmış mübahisə zamanı atası və anasına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb. Fikrət Məmmədov şübhəli şəxs qismində tutulub.