• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2114
— 18.04.2024 14:23

Qanunsuz miqrasiyaya görə 21 əcnəbi saxlanılıb

Bakıda polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb. Onların pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qaldıqları müəyyən edilib. Barələrində protokol tərtib edilib. Şəxslərə qarşı dələduzluq etməkdə şübhəli bilinən E.Camalov barəsində araşdırmalar davam etdirilir.