• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1834
— 18.04.2024 14:21

Evdən musiqi alətləri və məişət əşyaları oğurlayanlar saxlanılıblar

Lerikdə evdən gitara, saz və məişət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Elariz Məmiyev və İsmayıl İsmayılzadə saxlanılıblar. Onlar ünvana içərisində xeyli məbləğdə pul olan seyf və ya kassa olduğunu güman etdikləri üçün daxil olublar. İstədiklərini tapa bilmədikdə isə musiqi alətləri və məişət əşyaları götürüblər. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.