• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 869
— 17.04.2024 19:31

Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib. Təlimdə yuxarı komandanlığın idarəetmə məntəqəsindən verilən "HAZIRLIQ-1" komandası ilə Ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri 1 nömrəli hazırlığa gətirilib. Eyni zamanda, ehtiyatda saxlanılan Hava Hücumundan Müdafiə bölmələri döyüş tapşırığına əsasən təyinat rayonlarına çıxaraq döyüş tapşırıqlarını icra ediblər. Taktiki-xüsusi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib və bölmələr arasında birgə fəaliyyətin uzlaşmasına nail olunub.