• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1085
— 16.04.2024 19:51

3 ton 430 kq-dan çox narkotik, 62700 həb yandırılıb

Məhkəmələrin qərarı ilə barəsində məhvetmə qərarı çıxarılan 3 ton 430 kq-dan çox narkotik vasitə, eləcə də 62 min 700 həb  yandırılıb. Yandırılan narkotik vasitələrin qara bazarda qiyməti  116 milyon 815 min manatdır. Bu ilin ilk 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində  2 min 909 fakt aşkarlanıb. Nəticədə ümumi çəkisi 1 ton 787 kq olan müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr müsadirə edilib. 

Fəqan Şahverdiyev- Dövlət Komissiyasının işçi qrupunun rəhbəri: "Burada 2022-ci, 2023-cü və 2024-cü illərdəki məhkəmə hökmləri də var. Belə ki, həmin illərdə yalnız barələrində məhvetmə qərarı qəbul edilmiş, maddi sübutlarla bağlı istintaqı başa çatmış, məhkəmə tərəfindən araşdırılması bitmiş və barələrində məhvetmə qərarı çıxmış maddi sübutlarla bağlı məhkəmə qətnamələri əsasında məhvetmə prosesi həyata keçirilir. Bütün bunlar ümumilikdə ölkə ərazisində aşkarlanan, götürülən narkotik vasitələrlə bağlıdır. Aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə proses davam etdirilir”