• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1206
— 16.04.2024 19:12

Şəhər üzrə 3 məktəbli buraxılış imtahanında maksimum balı toplayıb

KepezTV Player

Tam orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Ölkə üzrə 53102 nəfərdən 479 nəfər imtahana gəlməyib. 11 nəfərin nəticəsi ləğv olunub. 39 nəfər 300 balla ən yüksək nəticəni göstərib. Onların arasında Gəncə məktəbliləri də var.

Buraxılış imtahanlarında biliyini nümayiş etdirərək uğur qazanan 3 nəfər Gəncə şəhərində fəaliyyət göstərən 27, 30 və 39 nömrəli məktəblərin 11-ci sinif şagirdidir. Onların hər 3-ü ali təhsil üçün 4-cü ixtisas qrupunu seçmək niyyətindədir.

Məktəblilər təkcə hazırlaşdıqları ixtisas qrupu üzrə gərəkli olan fənnləri deyil, bütün fənnləri mükəmməl öyrənməyə çalışırlar. Bunu elə onların müəllimləri də təsdiqləyirlər. Şəhər birinciləri indiyədək fənn olimpiadalarında da uğurlu nəticələri ilə fəqləniblər.

İndi hər 3 məktəblinin hədəfi ali məktəbə qəbul imtahanında da maksimum balı toplamaq və tibb sahəsi üzrə təhsil almaqdır.

Bu arada, 3 mart tarixində keçirilən və ötən dəfə nəticələri açıqlanan buraxılış imtahanında da 1 Gəncə məktəblisi maksimum nəticə əldə etmişdi.

Aişə Rzayeva