• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1028
— 16.04.2024 15:57

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb, həbs edilənlər var

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları paytaxt sakini Rəşad Adıgözəlov və tanışı Ağakərim İsmayılovu Abşeron rayonunda saxlayıblar. Masazır qəsəbəsində narkoanbar kimi istifadə etdikləri evdən 20 kiloqram marixuana, 2 kiloqram heroin və 2 kiloqram metamfetamin aşkar edilib. Şəxslər narkotikləri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşı “Babək” adlı şəxsin tapşırığı ilə Binəqədi rayonu Xocahəsən qəsəbəsi ərazisində gizlədilən ünvandan əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.