• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1110
— 10.04.2024 15:53

Bayram namazı qılınıb

Ölkəmizdə Ramazan bayramı qeyd olunur. 2 gün davam edəcək bayram bu il Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tamamilə bərpa olunduğu şəraitdə keçirilməsi ilə əlamətdardır. Azərbaycanın hər bir bölgəsində olduğu kimi Gəncədə də bayram namazı qılınıb. Bayram namazı şəhərin Şah Abbas Məscidi və digər məscidlərində eyni vaxtda başlayıb. Ramazan bayramı münasibətilə təşkil edilən dini mərasim zamanı Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhlarına dualar oxunub. Allahdan bağışlanmaq, ölkəmizə firavanlıq, ailələrə ruzi, bərəkət, bolluq arzulanıb. Bayram namazından sonra insanlar bir-birlərini İslamın iki əsas bayramından biri olan Ramazan bayramı münasibətilə təbrik ediblər.

Murad Rzayev- şəhər sakini: “Bu bayramda bütün xalqımızı, millətimizi və bütün dünyadakı müsəlman bacı və qardaşlarımızın bayramını təbrik edirəm. İnşallah rifah, xoşbəxtlik gətirər. Xeyirli olsun, bayram namazını da qıldıq. Hər kəsi təbrik edirəm”.

Eldəniz Bayramov- şəhər sakini: “Mən bütün müsəlman aləmini, o cümlədən də Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edirəm. Hər birinin süfrəsinə ruzi, bolluq-bərəkət arzu edirəm. Şah Abbas Məscidində bayram namazımızı qıldıq. Allah bütün qılınan namazlarımızı qəbul etsin”.

İsgəndər Məmmədov- Şah Abbas məscidinin axundu: “Bu gün bildiyiniz kimi bütün dünya müsəlmanları arasında ən böyük bayramlardan biri olan “Eid al-Fitr” bayramıdır. Bütün dünyada olduğu kimi ölkəmizdə də bütün məscidlərdə bayram namazları qılındı. Bütün xalqımızı səmimi qəlbdən mübarək Ramazan Bayramı münasibətilə təbrik edirik və Allahdan hamısına uğurlar arzu edirik”.

Pərvin Abbaszadə