• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2331
— 10.04.2024 15:09

Göygöl rayonunda cüdo üzrə Avropa Kuboku keçiriləcək

KepezTV Player

Azərbaycan növbəti dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna ev sahibliyi edəcək. Avropa Cüdo Birliyinin rəsmi təqviminə daxil olan yarış 4-5 mayda yenidən Göygöl rayonunda baş tutacaq. Turnir bitdikdən sonra yarışda iştirak edəcək ölkələrin idmançılarının iştirakı ilə 6-8 mayda beynəlxalq təlim-məşq toplanışı təşkil ediləcək.