• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2404
— 09.04.2024 20:32

Prezident açılışlarda iştirak edib

KepezTV Player

Prezident İlham Əliyev Qəbələ rayonunda səfərdə olub. Dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib. “Azərişıq”ın “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib. Regional Təlim Mərkəzi, həmçinin digər müasir avadanlıqlarla da təchiz edilib, regional şəbəkələrin dispetçer idarəetmə sisteminə inteqrasiya olunub. 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanası da istifadəyə verilib. Tibb ocağının altımərtəbəli əsas binası üç blokdan ibarətdir. Xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla təchiz olunub.

Prezident İlham Əliyev Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında iştirak edib. Prezident Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında da iştirak edib.

Fərid Mehdiyev