• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2362
— 09.04.2024 19:31

9 minə yaxın şagird monitorinq ediləcək

KepezTV Player

Mayın 18-i və 19-da IV və VI sinif şagirdləri üçün monitorinqlər keçiriləcək. Monitorinqə hazırlıqla bağlı Gəncənin orta məktəblərində test sınaqları təşkil olunur. Dördüncülər azərbaycan dili və riyaziyyatdan 60 sual cavablandırır. 6-cı sinifdə oxuyanlar isə əlavə olaraq təbiət fənni də daxil olmaqla 90 suala cavab verəcəklər.

Raminə Məmmədova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsul şəxsi: “Ümumtəhsil məktəblərində monitorinqə hazırlıqla bağlı həyata keçirilən prosesdə onların bilik və bacarıqları, həmçinin çərçivə sənədi ilə bağlı tanışlıqlar həyata keçirilir. Ötən tədris ilində də dördüncü sinif şagirdləri üçün monitorinq həyata keçirilmişdir. Bu tədris ilində də proses davam etdirilir. Həmçinin altıncı siniflər üçün də əlavə olunub”.

Şagird nailiyyətlərinin yaxşılaşdırılması, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi monitorinqi keçirmək üçün əsas yaradır. İmtahanların nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar dövlət vəsaiti hesabına təşkil olunur.

Gülnar Hüseyinova- 13 nömrəli orta məktəbin direktoru: “Kodlaşdırma vərəqi də paylanılıb ki, uşaqları sınaq etməklə biz onlarda həyəcanı aradan qaldırırıq, həm də monitorinqin təhlili aparılır ki, şagirdlərin bilik səviyyəsi necədir. Zəif nəticə göstərən şagirdlərlərin inkişafa ehtiyacı olan tərəfi müəyyən edilir. Bu istiqamətdə planlar hazırlanır. Bundan sonrada uşaqlara əlavə dərslər təşkil edilir”.

Gəncədə 4479 nəfər dördüncü və 4264 altıncı sinif şagirdi monitorinqə cəlb ediləcək. 

Elnur Vahidoğlu