• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1296
— 09.04.2024 19:23

Övladlarına toy etmək üçün Rusiyadan gələn ər-arvad dəm qazından ölüb

Lənkəranda ər-arvad dəm qazından boğulub. Fakt ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıb. İlkin araşdırma zamanı 1974-cü il təvəllüdlü Qalib Bağırovun və arvadı 1979-cu il təvəllüdlü Nəfisə Bağırovanın rayonun Kənarmeşə kəndi ərazisində yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub. Onların övladlarına toy etmək üçün Rusiyadan Lənkərana gəldikləri qeyd edilib.