• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2197
— 09.04.2024 17:09

Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər

2024-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib. Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər gündüz və gecə vaxtı havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər. Uçuş heyətinin döyüş hazırlığı və praktiki vərdişlərinin daha da artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.