• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1835
— 08.04.2024 20:10

"Urbanda görüşərik" layihəsinə start verilib

Gəncə Dövlət Filarmoniyası "Urbanda görüşərik" layihəsi çərçivəsində "Qiraət axşamı" təqdim edib. Gecədə ud və balabanın müşayiəti ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsiminin şeirləri səsləndirilib. Dahilərin şeirləri Həsən Fəttan, Vüsal Hicran, İmamverdi Vəliyev, Əsgər Məmmədov və başqalarının təqdimatında dilə gətirilib. Belə toplanışların mütəmadi olaraq keçiriləcəyi diqqətə çatdırılıb.

Aişə Rzayeva