• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 668
— 06.04.2024 18:38

Ombudsman: Ermənistanın törətdiyi cinayətlərlə bağlı yeni faktlar onun beynəlxalq hüququ pozduğunun sübutudur

Ayrı-seçkiliyin, etnik təmizləmənin qurbanı olmuş bir ailənin üzvlərinin qalıqları 32 il sonra Xocalı rayonu ərazisində aşkarlanmış məzarlıqdan tapılıb. Ombudsman bildirib ki, Bu fakt Ermənistanın törətdiyi müharibə cinayətlərini, habelə beynəlxalq humanitar hüquq normalarını pozduğunu növbəti dəfə sübut edir. Beynəlxalq hüququn normalarını kobudcasına pozan Ermənistan tərəfi 30 ilə yaxın müddət ərzində 4000-ə yaxın azərbaycanlı itkinin ailəsini məlumat almaq hüququndan məhrum edib, eyni zamanda, bugünədək kütləvi dəfn yerləri barədə məlumatları Azərbaycana təqdim etməkdən yayınıb.