• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1374
— 06.04.2024 17:44

Ağdamda baş verən partlayışla bağlı rayon prokurorluğunda araşdırma aparılır

Ağdamın Sarıcalı kəndi ərazisində bir nəfərin partlayış nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı ANAMA əməkdaşı, 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlunun ərazidə mina təmizləmə işləri aparan zaman alışdırıcı kapsulun partlaması nəticəsində xəsarət alması müəyyən edilib. Əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alan şəxs müayinə üçün rayon xəstəxanasına aparılıb. Həyatı təhlükəsi yoxdur. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.