• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2454
— 06.04.2024 17:38

Kütləvi məzarlıqda tapılan ər-arvadın qalıqları dəfn edilib

Xocalıda kütləvi məzarlıqda tapılan ər-arvad, Məhərrəmov Vaqif Cəmil oğlu və Məhərrəmova Bəsirə Vəli qızının qalıqları bu gün dəfn edilib. Soyqırımı qurbanları Bakıdakı Zabrat qəbiristanlığında torpağa tapşırılıb. Vaqifin Məhərrəmovun kimliyi aprelin 2-də müəyyənləşib. Onun nəşinin qalıqları digər 19 nəfərlə birlikdə bu il fevralın 23-də aşkar olunmuşdu. Ümumiyyətlə azad olunmuş ərazilərdə aşkar edilən kütləvi məzarlıqlarda tapılan 500-dən artıq insandan 102-nin eyniləşdirilməsi həyata keçirilib. 35 nəfərin qalıqları təhvil verilib. 73 nəfərlə bağlı məsələ hazırlıq mərhələsindədir.