• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1304
— 05.04.2024 19:27

Narkokuryerliklə məşğul olan və aksiz markasız tütün məmulatları satan şəxslər saxlanılıblar

Neftçalada polis  rayon sakini, əvvəllər məhkum olunan Fahim Muradovu saxlayıb. Ondan 1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb. Muradovun rayon ərazisində yerləşən evlərdən birindən dəmir borular oğurladığı da müəyyən edilib. Bundan əlavə, Biləsuvar rayon sakini Z.Bədilovdan aksiz markası olmayan 820 ədəd müxtəlif markalı siqaret aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.