• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1096
— 05.04.2024 18:54

Narkokuryerlik etməkdə təqsirləndirilən şəxs saxlanılıb

Ağdaşda polis narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Novruz Əhmədovu saxlayıb. Ondan 1 kiloqram 200 qram heroin aşkar edilib. Şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu “Mustafa” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini bildirib. Araşdırmalar davam etdirilir.