• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 03.04.2024 19:35

Traktorla yük maşını toqquşub, ölən və xəsarət alanlar var

Ələt-Astara magistral yolunun Lənkəran rayonundan keçən hissəsində yol-nəqliyyat qəzası baş verib. “Ford” markalı yük avtomobili idarəetməni itirərək irəlidə hərəkət edən “Belarus” markalı nəqliyyat vasitəsinə çırpılaraq yol kənarına aşıb. Hadisə zamanı 3 nəfər xəsarət alıb. Lənkəran rayon sakinləri - 1986-cı il təvəllüdlü Amil Möhübbət oğlu Qafarov, 1982-ci il təvəllüdlü Elməddin Rəfael oğlu Cavadov və 1997-ci il təvəllüdlü Samir Yusif oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Vəziyyəti ağır olan Abbasov reanimasiya şöbəsində dünyasını dəyişib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.