• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1712
— 02.04.2024 19:35

Qanunsuz odlu silah-sursat gəzdirən və narkokuryerlik edənlər saxlanılıblar

Mingəçevirdə polis üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Fuad Məmmədovu saxlayıb. Ondan bir ədəd “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanıb. Məmmədov silahı bir müddət əvvəl tapdığını bildirib. Digər əməliyyat zamanı xarici ölkə vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən Sabirabad sakini Hacı Cəfərov 1 kiloqram 250 qram heroin və 800 qram qurudulmuş marixuana ilə saxlanılıb. Onun Mingəçevirə gələrək burada gizlədilən narkotiki pul qarşılığında Sabirabada aparmağa razılaşdığı məlum olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.