• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1879
— 01.04.2024 20:29

Parik taxaraq oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxsin müxtəlif vaxtlarda 15 vətəndaşın evini talayaraq pul, qızıl-zinət və digər qiymətli əşyaları ələ keçirdiyi aşkarlanıb. Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Şöhəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şamo Əhmədov saxlanılıb. Dindirmə zamanı saxlanılan şəxsin evləri talayarkən kimliyini gizli saxlamaq üçün süni taxma saçdan - “parik”dən istifadə etdiyi də müəyyən olunub. Ş.Əhmədov oğurladığı zinət əşyalarını satdığını bildirib.

Digər bir oğurluq hadisəsi isə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunun oğurlanması barədə 14-cü PŞ-nə məlumat daxil olub. Keçirilən tədbirlərlə oğurluq əməlini törədən Orxan Rüstəmov, əvvəllər dəfələrlə məhkum olunmuşlar Rafiq Cəfərov və Elmar Xıdırov saxlanılıblar. Hadisələrin təfərrüatları ilə bağlı araşdırmalar davam etdirilir.