• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1710
— 01.04.2024 20:27

Provayderlərin 100-ə yaxın enerji daşıyıcısını oğurlamağa görə 2 nəfər saxlanılıb

Paytaxtın əsasən Nərimanov rayonu ərazisində internet provayder şirkətinin binalarda quraşdırdığı şəbəkə paylayıcı bloklarında olan enerji daşıyıcıları oğurlanıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları əməli törədən paytaxt sakinləri Ülvi Qurbanov və Tural Məmmədzadəni saxlayıblar. Onların Nərimanov rayonu ilə yanaşı Nəsimi, Yasamal və digər ərazilərdə də müxtəlif provayderlərin enerji daşıyıcılarını oğurladıqları məlum olub. Araşdırmalarla bu şəxslərin Bakı ərazisində 100-ə yaxın internet paylayıcı blokun enerji daşıyıcısını oğurladıqları müəyyən edilib. Oğurluq əşyalar Tural Məmmədzadənin idarə etdiyi avtomobillə əlvan-metal qəbulu məntəqələrinə aparılaraq satılıb.