• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2452
— 01.04.2024 20:09

Narkokuryerlik edən şəxs saxlanılıb

KepezTV Player

Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax şəhər sakini Ceyhun Qasımov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb. Ondan 7 kiloqram tiryək, heroin, marixuana və metamfetamin aşkar edilib. Araşdırmalar zamanı Ceyhun Qasımovun Samux rayonuna gələrək burada gizlədilən narkotik vasitələri pul qarşılığında Bakı şəhərinə aparmağa razılaşdığı məlum olub. Faktla bağlı cinayət işi başlanılıb. Samux RPŞ əməkdaşları cari ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 27 fakt aşkar ediblər. Qanunsuz dövriyyədən 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.