• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 778
— 30.03.2024 20:23

32 ildən sonra vida mərasimi keçirilib

Xocalı faciəsi zamanı itkin düşən, şəhər işğaldan azad edildikdən sonra meyitinin qalıqları tapılan Əli Cavadov və Şiraslan Nəcəfovla 32 ildən sonra vida mərasimi keçirilib. Vida mərasimi Xocalıdan olan keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Goranboyda baş tutub. Sabah onların nəşi Xocalı şəhərinə aparılaraq orada torpağa tapşırılacaq.