• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1156
— 30.03.2024 16:26

Türkiyənin terrorla mübarizəsi

Türkiyə xarici işlər naziri Hakan Fidan terrorla mübarizədən danışıb. Bildirib ki, terrorun qarşısını almaq üçün hər şey edəcəyik. O, Egey və Şərqi Aralıq dənizində heç vaxt düşmənçilik yaratmağa çalışmadıqlarını, lakin həyati maraqları qorumaqdan da çəkinməyəcəklərini, terroru tamamilə yox etməkdə qərarlı olduqlarını deyib. Nazir ölkəsinin Yunanıstanla münasibətlərindən də danışıb.
Hakan Fidan- Türkiyənin xarici işlər naziri: "Qonşu Yunanıstanla münasibətlərimizi müsbət bir gündəm əsasında inkişaf etdirməyə və problemləri həll etməyə çalışırıq. Əslində, biz heç vaxt Egey dənizində və ya Şərqi Aralıq dənizində düşmənçilik yaratmağa çalışmamışıq. Ancaq həyati maraqlarımızı qorumaqda heç bir halda geri çəkilməyəcəyik. İstər ölkəmiz, istərsə də bölgəmiz üçün əsas təhlükəsizlik təhdidi terrorizmdir. Terror təşkilatlarına qarşı mübarizəmizdə misilsiz bir səviyyəyə çatdıq. Bu uğurun üç əsas elementi var: Güclü siyasi rəhbərlik, Milli Strateji imkanlarımız və qonşularımızla, xüsusən İraqla yeni və konstruktiv qarşılıqlı fəaliyyət prosesi. Olduğumuz bu kritik mərhələdə terroru tamamilə aradan qaldırmağa qərarlıyıq".