• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2349
— 30.03.2024 12:00

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarə etdiyi "BMW" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasına pozduğuna görə Füzuli rayon sakini Taleh Quliyev saxlanılıb. Araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib. Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.