• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2505
— 30.03.2024 11:55

Türkiyəli tələbə həmyerlisi tərəfindən başından bıçaqlanıb

Gəncədə türkiyəli tələbə həmyerlisi tərəfindən başından bıçaqlanıb. Hadisə Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında qeydə alınıb. Yataqxanada qalan Türkiyə vətəndaşı Bayer Kaan Ərmağan oğlu aralarında yaranmış şəxsi mübahisə zamanı 22 yaşlı həmyerlisi Ağır Hüseyn Harun oğlunun başına bıçaq ilə vurub. Nəticədə sonuncu baş nahiyyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, ona yardım edilib. 22 yaşlı tələbənin vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır, müvafiq ekspertiza təyin olunub, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.