• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1197
— 30.03.2024 11:53

Laçın şəhərinə 21, Zabux kəndinə 4 ailə yola salınıb

KepezTV Player

Bu gün Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 68 nəfər, Zabux kəndinə isə 4 ailə - 11 nəfər köçürülüb. Bununla ümumilikdə Laçın şəhərində daimi yaşayanların sayı 472 ailəyə yəni 1773 nəfərə çatıb. Zabux kəndinə köçürülənlərin sayı isə 215 ailə- 819 nəfərə çatıb. Sakinlər yenidən tikilən evlərdə məskunlaşırlar.