• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1533
— 30.03.2024 11:52

Hərbi hissələrdə keçirilən təlim və praktiki məşqlərin intensivliyi artırılır

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissələrdə keçirilən təlimlərin və praktiki məşqlərin intensivliyinin daha da artırılması ilə bağlı göstəriş verib. Bu barədə nazir Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə danışıb. Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi barədə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub. General-polkovnik silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqi ilə real döyüş şəraitinə uyğun keçirilən təlimlərin və praktiki məşqlərin intensivliyinin daha da artırılmasının vacibliyini vurğulayıb.