• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1917
— 29.03.2024 20:17

İpoteka şərtləri ilə bağlı dəyişiklik ola bilər

KepezTV Player

Bəzi hallarda ipoteka krediti üzrə borc tam ödənilmədikdə belə əmlak vətəndaşa qalacaq. Bu, “İpoteka haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Son dövrlərdə daşınmaz əmlak bazarında tələblər dəyişib. Artıq müxtəlif şərtlərdəki ipotekalara olan maraq əvvəlki illərə nisbətən artmaqda davam edir. Alıcılar isə qiymət artımından heç də razı deyil. Bunu Gəncədəki rieltorlar da təsdiqləyir.

Nazim Əliyev- rieltor: “Ümumi bazarda artım var. Kirayədə də var, qiymətlərdə də var. 5 otqalılarda, 4 otaqlılarda, bina evlərinin hamısında qiymət artımı var. İpotekaya isə daha çox gənc ailələr müraciət edir. Hansı ki, Gəncədəki evlərin çoxunun ipotekadan çıxarışı yoxdur. Ona görə də çətinlik çəkirik. Amma keçən ilə baxdıqda, bu il ipotekada artım var”.

Ceyhun Muğalov- rieltor: “Əmlak bazarında vəziyyət bir az aşağıdır. Yəni alış-satış zəifləyibdir. Əvvəl aya azı 6-7 ev satırdıqsa, bu ay 2-3 ev satmışıq. Bu il girəndən ipotekayla bağlı müraciətlər artıb, daha çoxalıbdır. Yəni ipoteka üstünlük təşkil edir, nağd alıcılar isə azalıbdır”.

Fərhad Məmmədov- rieltor: “Ümumiyyətlə, əmlak bazarında ipotekayla bağlı bizə olan müraciətlər çoxdur. Özümüz də satış edə bilirik. Sadəcə olaraq ipoteka şərtləri ağırdır, həm də qiymətlər kəskin sürətdə qalxıb. Keçən ay 70 minə olan 2 otaqlı ev, artıq bu ay üzərinə normal olaraq artım gəlib”.

"İpoteka haqqında” qanuna təklif edilən dəyişikliyə görə artıq bəzi hallarda şəxlərin ipoteka kreditiylə bağlı olan borcları tam ödənilmədikdə belə silinə bilər. Hazırda qüvvədə olan qanuna əsasən, tərəflər bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda və ipoteka predmeti məhv olduqda ipotekaya xitam verilir.

Elnur Fərzəliyev- əmlak məsələləri üzrə ekspert: “İpoteka krediti ilə mənzil alarkən həmin mənzilin ümumi dəyəri kredit müddəti bitənə qədər tam şəkildə hər il sığortalanır və kredit götürən şəxsin özü həyat sığortası ilə kredit müddəti bitənə qədər hər il sığortalanır. Bu müddət ərzində kredit götürən şəxs dünyasını dəyişərsə, həmin kreditin ödənilməsi vətəndaşın ailə  üzvlərinə təklif olunur. Əgər vətəndaşın ailə üzvləri həmin ödənişdən imtina edərsə, bankın həmçinin səlahiyyəti çatır ki, həmin mənzili digər şəxslərə satsın, dünyasını dəyişmiş vətəndaşın olan bocundan əldə olunmuş gəlirlər banka geri ödənilsin və həmin mənzildən geri qalan digər pul müqabilini isə vətəndaşın ailə üzvləri ödəsin”.

Ümumən bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 3 milyard manata yaxın pul ayrılıb və 48 mindən artıq mənzil müxtəlif növ kredit şərtləri ilə vətəndaşlara satılıb.

Pərvin Abbaszadə