• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1504
— 29.03.2024 20:00

Cabbar Qaryağdıoğlunun xatirəsinə həsr olunmuş konsert proqramı təşkil olunub

KepezTV Player

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun xatirəsinə həsr olunmuş konsert proqramı baş tutub. Tədbirdən öncə musiqi tariximizdə mühüm rolu olan sənətkarın yaradıcılığı haqqında geniş məlumat verib. Bildirilib ki, görkəmli xanəndə Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub. Konsertdə Cabbar Qaryağdıoğlunun repertuarından muğam, təsnif və xalq mahnıları xanəndələr tərəfindən ifa olunub.

Pərvin Abbaszadə