• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1280
— 29.03.2024 19:38

Hikmət Hacıyev: Cənubi Qafqazda sülh gündəliyinə mənfi təsir göstərən müəyyən siyasət yürüdənlər var

Cənubi Qafqazda sülh gündəliyinə mənfi təsir göstərən müəyyən siyasət yürüdənlər var. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev Çinin telekanalına müsahibəsində deyib. O, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə etmək məcburiyyətində qaldığını xatırladıb. "Biz ikili standartlarla üzləşirik. Bu istənilən digər ölkə üçün olduğu kimi, Azərbaycan üçün də qəbuledilməzdir. Hazırda Ermənistan və Azərbaycan sülhə həmişə olduğundan daha yaxındır. Son altı ay Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixindəki ən dinc müddət olub. De-fakto sülh hökmranlıq sürür.Azərbaycanın yanaşması Qafqaz regionunu sülh və əməkdaşlıq regionuna çevirməkdən ibarətdir.", - deyə Hikmət Hacıyev deyib.